AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 29-da Müdafıə Nazirliyində Silahlı Qüvvələrin bir qrup zabitinə yeni mənzillərin orderlərinin təqdim edilmə mərasimi olmuşdur.
Dekabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 17:20-dən 17:30-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 17:45-dən 17:50-dək və saat 22:35-dən 22:40-dək isə həmin rayonun Balacəfərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- dekabrın 12-dən 16-dək Qotzendorf şəhərində (Avstriya Respublikası) “Əməliyyat imkanları konsepsiyasının qiymətləndirmə və rəy proqramı” üzrə təlim kursu; - dekabrın 13-dən 14-dək Neapol şəhərində (İtaliya Respublikası) “Kooperativ Mako-2006” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Dekabrın 10-da Həzi Aslanov adına Mərkəzi zabitlər evində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr edilmiş anım mərasimi keçirilmişdir.
Dekabrın 8-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasında və eyni zamanda, Azərbaycan Respublikasında akkreditə olunmuş hərbi attaşesi briqada generalı Hyun Soo Konu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini cənab Ceyms Makduqalı qəbul etmişdir.