AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində fevralın 1-dən 3-dək Kişinyov şəhərində (Moldova Respublikası) “Kooperativ Best Effort-05” təliminin ilkin planlaşdırma konfransı və fevralın 2-dən 3-dək Neapol şəhərində (İtaliya) “Kooperativ Engagement-05” təliminin ilkin planlaşdırma konfransı keçirilir.
Həmin gün general-polkovnik Səfər Əbiyev İraq dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ərşad Öməri qəbul etmişdir.
Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Martsin Navrotu qəbul etmişdir.
Yanvarın 27-də saat 23:25-dən 23:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndinin 2 km şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq-Qərvənd kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan, yanvarın 28-də saat 06:30-dan 06:40-dək isə qumbaraatanlardan atəşə tutmuşlar.
Yanvarın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İvan Palçevi, Bolqarıstan Silahlı Qüvvələrinin sabiq hərbi attaşesi polkovnik Nikolay Stoitsevi və yeni hərbi attaşesi polkovnik Trifon Trifonovu qəbul etmişdir.
Yanvarın 16-da Gədəbəy bölgəsində yerləşən “N” saylı hərbi hissənin kiçik çavuşu Həmidov Abduləli Oktay oğlu (15 aprel 1986-cı ildə anadan olub, 16 aprel 2004-cü ildə Şəki RHK-dan çağrılıb) xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuşdur.
Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Merkurios Karafotiası səfirlik missiyasının çatması ilə əlaqədar qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 3-dən iyunun 23-dək Vilnüs şəhərində (Litva Respublikası) “Beynəlxalq kapitanlar kursu” və yanvarın 3-dən iyulun 1-dək Hürt şəhərində (Almaniya Federativ Respublikası) “İnspektorlar üçün başlanğıc alman dili kursu” keçirilir.