Həmin gün general-polkovnik Səfər Əbiyev İraq dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Ərşad Öməri qəbul etmişdir.
Qəbul tanışlıq xarakteri daşımışdır.
General-polkovnik S.Əbiyev səfiri salamlayaraq onu İraqda keçirilən uğurlu parlament seçkiləri münasibətilə təbrik etmişdir.
Cənab Ə.Ömər qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək, Azərbaycan Silahlı Qüvvələri bölüyünün İraqda antiterror koalisiyası qüvvələri tərkibində faydalı xidmətinə görə yeni İraq hökuməti adından Azərbaycan dövlətinə və hökumətinə minnətdarlıq etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz İraq hökumətinə hərtərəfli müvəffəqiyyətlər diləyirik. O, demişdir: “Arzu edirəm ki, tezliklə İraqda əmin-amanlıq bərpa edilsin və sülh bərqərar olsun”.