Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İvan Palçevi, Bolqarıstan Silahlı Qüvvələrinin sabiq hərbi attaşesi polkovnik Nikolay Stoitsevi və yeni hərbi attaşesi polkovnik Trifon Trifonovu qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən müdafiə sahəsində əməkdaşlığımız yüksələn xəttlə inkişaf edir. O, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”  proqramı çərçivəsində və ikitərəfli Azərbaycan-Bolqlarıstan hərbi əməkdaşlığının bundan sonra da fasiləsiz inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab İ.Palçev bildirmişdir ki, iki dövlətin hərbi sahədə əməkdaşlığının yüksək seviyyədə inkişafı, Müdafiə Nazirliyinin nümayəndələrinin tez-tez ikitərəfli görüşləri hər iki dövlətin milli maraqlarına xidmət edir. O, Bolqarıstan Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi N.Stoitsevin işini müsbət qiymətləndirərək, yeni hərbi attaşe polkovnik T.Trifonovu general-polkovnik S.Əbiyevə təqdim etmişdir.  
General-polkovnik S.Əbiyev sabiq hərbi attaşe polkovnik N.Stoitsevə xidmətinə görə təşəkkür etmiş və yeni hərbi attaşe polkovnik T.Trifonova uğurlar arzulamışdır.
Polkovnik N.Stoitsev fəaliyyəti dövründə Bolqarıstan-Azərbaycan hərbi əməkdaşlığının inkişafına şərait yaradığına və bu istiqamətdə ona yardım etdiyinə görə Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Sonra tərəflər Azərbaycan-Bolqarıstan münasibətlərinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi etmişlər.