Yanvarın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Martsin Navrotu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra səfir M.Navrot gəlişinin məqsədini açıqlayaraq qeyd etmişdir ki, Polşa Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək niyyətindədir. Polşa Respublikasının Müdafiə naziri bu məqsədlə Azərbaycana səfər etmək arzusundadır.
General-polkovnik S.Əbiyev bu məlumata müsbət münasibət bildirərək söyləmişdir ki, Azərbaycan Bolqarıstan, Litva, Ukrayna və digər dövlətlərlə müdafiə sahəsində sazişlər imzalamış və onlarla uğurlu əməkdaşlıq edir. O, demişdir: “Biz Polşa Respublikasının Müdafiə Nazirliyi ilə də Saziş imzalamağa hazırıq”.
Sonra tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi etmişlər.