AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 8-də və 9-da NATO-nun Brüssel (Belçika Krallığı) şəhərindəki qərargah-mənzilində NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin növbəti görüşü keçirilir.
İyunun 7-dən 10-dək Müdafiə Nazirliyinin Ordu İdman Klubunda yüngül atletika üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçiriləcək.
Mayın 12-dən 22-dək Kalikidi şəhərində (Yunanıstan) Beynalxalq Hərbi İdman Təşkilatının Baş Assambleyasının 55-ci toplantısı keçirilmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 6-dan 18-dək Vaşinqton şəhərində (ABŞ) “Silahlı Qüvvələr ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı əlaqəsi” mövzusunda seminar keçiriləcək.
İyunun 5-dən 7-dək Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi orkestrlərinin baxış-müsabiqəsi keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 5-dən 9-dək Brüssel şəhərində (Belçika Krallığı) NATO üzvü və tərəfdaş dövlətlərin ekspertləri səviyyəsində tibbi aspektlər üzrə işçi qrupun görüşü; iyunun 5-dən 16-dək isə İzmir şəhərində (Türkiyə) hava məkanının idarə olunması və nəzarəti üzrə kurslar keçiriləcək.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq, iyunun 1-dən İtaliya Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət çoxmillətli inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvələrində inspeksiya keçirir.