AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Uilyam Koenin dəvətilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 27-də Vaşinqtona rəsmi səfərə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) NATO-nun cənub komandanlığının maddi-texniki təminat üzrə regional konfransı keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 26-dan 27-dək Verona şəhərində (İtaliya) NATO-nun cənub komandanlığı qərargahının regional seminarı, iyunun 26-dan 30-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) Avropada təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə kurslar, iyunun 26 dan iyulun 6-dək isə Aaxen şəhərində (Almaniya Federativ Respublikası) NATO üzvü və tərəfdaş dövlətlərin iştirakı ilə maddi-texniki təminat üzrə kurslar keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 23-də NATO-nun Brüssel şəhərindəki (Belçika Krallığı) qərargah-mənzilində fövqəladə vəziyyətlər üzrə növbəti sessiya keçiriləcəkdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 20-dən 23-dək Rumıniyada “Kooperativ Best Effort” təlimlərinin və iyunun 21-dən 22-dək Bişkek şəhərində (Qırğızıstan) “Sentrazbat” təlimlərinin planlaşdırılması üzrə yekun konfransları keçiriləcəkdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 18-də Moskva şəhərinə yola düşmüşdür.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqram çarçivəsində iyunun 18-dən 21-dək Tallinn şəhərində (Estoniya) Hərbi akademiya və institut konsorsiumlarının 3-cü illik konfrası, iyunun 19-dan 23-dək Latina şəhərində (İtaliya) rabitənin idarəolunması sistemi üzrə orientasiya kursları, iyunun 19-dan 25-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun sülhüdəstəkləmə üzrə kurslar və iyunun 19-dan 30-dək Sevostopol şəhərində (Ukrayna) “Kooperativ partner” sülhməramlı təlimləri keçiriləcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də və 9-da NATO-nun Brüssel şəhərindəki (Belçika Krallığı) qərargah-mənzilində NATO üzvü və tərəfdaş dövlətlərin Avro-Atlantika Tərəfdaşlığı Şurasının növbəti iclasında iştirak etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 13-dən 16-dək Brüssel şəhərində (Belçika Krallığı) quru qoşunları döyüş sursatlarının qarşılıqlı əvəz olunması məsələləri üzrə NATO üzvü və tərəfdaş dövlətlərin isçi qruplarının ekspertləri səviyyəsində görüş, iyunun 14-dən 16-dək Tallinn şəhərində (Estoniya) tibb məsələləri üzrə seminar və iyunun 15-dən 17-dək Stokholm şəhərində (İsveç) təbii kataklizmlərin aşkar edilməsi və qarşısının alınması sistemi üzrə ekspertlər qrupunun görüşü keçiriləcək.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 12-dən 16-dək Balıkəsir şəhərində (Türkiyə) yanacaq standartları və yerüstü nəqliyyat vasitələri üçün yanacağın bölüşdürülməsi üzrə kurslar, Apavon şəhərində (Böyük Britaniya) təhsil üzrə NATO qruplarının seminarı və iyunun 12-dən 23-dək Oberammergau şəhərində (Almaniya Federativ Respublikası) ətraf mühitin mühafizəsi üzrə NATO kursları keçiriləcək.