Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 18-də Moskva şəhərinə yola düşmüşdür.
İclasın gündəliyində MDB-də hərbi əməkdaşlığın 2005-ci ilə qədər perspektiv planı, işçi orqanların maliyyələşdirilməsi, hərbi-texniki əməkdaşlığın dövlətlararası proqramı, Hava Hücumundan Müdafiənin birləşmiş sisteminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcəkdir.
İclas iyunun 19-da keçiriləcəkdir.