Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də və 9-da NATO-nun Brüssel şəhərindəki (Belçika Krallığı) qərargah-mənzilində NATO üzvü və tərəfdaş dövlətlərin Avro-Atlantika Tərəfdaşlığı Şurasının növbəti iclasında iştirak etmişdir.
İclasda NATO-nun baş katibi lord Corc Robertson sədrlik etmişdir.
Şuranın iclasında Kosovo və Bosniya-Hersoqovinada vəziyyət, münaqişələrin qarşısının alınması və böhranların idarə olunmasında Avro-Atlantika Tərəfdaşlığı Şurası mexanizmlərindən səmərəli istifadə olunması, Cənub-Şərqi Avropa və sabitlik paktı üzrə NATO təşəbbüsləri müddəalarının yerinə yetirilməsi, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təhsil və tədris proseslərinin dərinləşməsi və digər mövzularda məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev müzakirələrdə çıxış etmişdir.
Sonra o, NATO-nun Baş Katibi lord C.Robertson, Türkiyə Respublikasının Müdafiə naziri cənab Səbahəddin Çaxmaqoğlu və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirmiş, onlarla regional və ikitərəfli hərbi əməkdaşlıq sahəsində fikir mübadiləsi aparmışdır.
Nümayəndə heyəti iyununun 12-də Vətənə qayıtmışdır.