AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 5-dən 12-dək Danimarka Krallığının Aalborq şəhərində hərbi terminologiya üzrə kurslar; sentyabrın 6-dan 10-dək isə Rumıniyanın paytaxtı Buxarest şəhərində NATO-nun çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Yekun konfrans keçiriləcəkdir.
Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Çen Dyançyou və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Hərbi, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri attaşesi polkovnik-leytenant Yan Şyuqanı qəbul etmişdir.
Sentyabrın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələri sülhməramlı tağımın Kosovoya yola salınma mərasimi keçirilmişdir.