Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Çen Dyançyou və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Hərbi, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri attaşesi polkovnik-leytenant Yan Şyuqanı qəbul etmişdir.
Vaxt tapıb onları qəbul etdiyi üçün Müdafiə nazirinə səmimi təşəkkürünü bildirən cənab Yan Şyuqan Azərbaycanda fəaliyyət göstərməsindən fərəh duyduğunu, qısa müddət ərzində Azərbaycan xalqını daha da yaxından tanıyaraq sevdiyini bildirmişdir.
Öz növbəsində general-polkovnik S.Əbiyev Azərbaycan xalqının böyük Çin Xalq Respublikasına, onun vətəndaşlarına dərin hörmət bəslədiyini qeyd etmişdir. “Biz Çin Xalq Respublikası ilə mehriban dostluq əlaqələrimizin daha da inkişafına çalışırıq. Ancaq, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistana qanunsuz yolla “Tayfun” qurğularının verilməsi faktını da qeyd etməyə bilmərik. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, bu silahların geri alınması, cavabdeh şəxslərin cəzalandırılması məsələsi hələ də öz həllini tapmayıb”,-deyən Müdafiə naziri xalqımızın haqlı narahatçılığını qonaqların diqqətinə çatdırmışdır.
ÇXR-ın ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Çen Dyançyou bu məsələ ilə bağlı ölkəsində aparılan ciddi araşdırmalar barədə Müdafiə nazirinə məlumat verdi. Gələcəkdə bir daha belə xoşagəlməz halların təkrar olunmayacağını qeyd edən çinli qonaqlar Azərbaycan xalqına müstəqillik yolunda hərtərəfli inkişaf və uğurlar arzuladılar. Sonda cənab Yan Şyuquan Azərbaycan Respublikasının Müdafiə nazirini öz ölkəsinə rəsmi səfərə dəvət etmişdir.
Sonda mərasim sülhməramlı tağımın təntənəli marşı ilə başa çatmışdır.
Yolasalma mərasimində əsgər valideynləri və geniş ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Elə həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələri sülhməramlı tağımı Kosovoya göndərilmək üçün Hərbi Hava limanından yola düşmüşdür.