AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Stenli Eskuderonu onun xahişi ilə qəbul etmişdir.
Sentyabrın 20-dən 27-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi uğrunda futbol üzrə yarışlar keçirilir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 21-dən 24-dək Brüssel (Belçika Krallığı) şəhərində neft kəmərləri üzrə NATO komitəsinin seminarı keçiriləcəkdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 20-dən 21-dək Sofiya (Bolqarıstan) şəhərində NATO üzvü və tərəfdaş dövlətlər üçün kartoqrafiya və geodeziya seminarı; sentyabrın 20-dən 24-dək Brüssel (Belçika Krallığı) şəhərində aviasiya silahlarının standartlaşması üzrə işçi qrupun növbəti görüşü və Latina (İtaliya) şəhərində rabitə bölmələrinin idarəolunması kursları keçiriləcəkdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 16-dan 17-dək Brüssel (Belçika Krallığı) şəhərində “dəniz döyüş sursatlarının qarşılıqlı əvəz edilməsi məsələləri” üzrə hərbi ekspertlərin və “hava hərəkatlarının idarə olunması” üzrə komitənin görüşü keçiriləcəkdir.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Ermənistan Respublikasının prezidenti Robert Koçaryanın bu il iyulun 16-da Cenevrə şəhərində (İsveçrə) təkbətək görüşləri zamanı əldə etdikləri razılığa əsasən, sentyabrın 14-də Qazax rayonu ərazisindəki sərhəd məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və Ermənistan Respublikasının Müdafiə naziri general-leytenant Vaqarşak Arutunyan görüş keçirəcəklər.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 15-dən 25-dək ABŞ-ın Saffolk şəhərində NATO üzvü olan və tərəfdaş dövlətlərin iştirakı ilə “Kooperativ Naqet” sülhməramlı təlimləri keçiriləcək.
Almaniya Federativ Respublikası sentyabrın 13-dən 16-dək Rusiya Federasiyası Silahlı Qüvvələrində çoxmillətli inspeksiya keçirəcəkdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 13-dən 17-dək İtaliyanın Latina şəhərində “rabitə vasitələri və informasiya orientasiyası” üzrə; Almaniya Federativ Respublikasının Oberomerqau şəhərində isə sentyabrın 13-dən 17-dək “ehtiyatları idarəetmənin inkişafı proqramı” üzrə; sentyabrın 13-dən 20-dək isə inspektorlar və müşayiətçilər üçün Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə çərçivəsində kurslar keçiriləcəkdir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 7-dən 11-dək Belçika Krallığının Brüssel şəhərində “əməliyyatların keçirilməsinə dair birgə Doktrina” üzrə Standartlaşdırma Agentliyinin ekspertlərinin 5-ci görüşü keçiriləcəkdir.