Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 13-dən 17-dək İtaliyanın Latina şəhərində “rabitə vasitələri və informasiya orientasiyası” üzrə; Almaniya Federativ Respublikasının Oberomerqau şəhərində isə sentyabrın 13-dən 17-dək “ehtiyatları idarəetmənin inkişafı proqramı” üzrə; sentyabrın 13-dən 20-dək isə inspektorlar və müşayiətçilər üçün Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilə çərçivəsində kurslar keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.