AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 23-də saat 21:20-dən 22:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Aprelin 21-dən 23-dək Bakı Ali Hərbi Dənizçilik məktəbində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi uğrunda səmti müəyyən etmə üzrə hərbi-idman yarışları keçiriləcəkdir.
Aprelin 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu qəbul etmişdir.
Aprelin 12-də Sinandalidə (Şərqi Gürcüstan) Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadze və Ermənistan Respublikasının Müdafiə naziri Vazgen Sarkisyan görüş keçirmişlər.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır.
Aprelin 15-də saat 20:30-dan 20:35-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şurabad kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Təzəkənd kəndi ərazisindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Aprelin 10-da saat 20:15-dən 20:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq Qərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Aprelin 9-da saat 19:45-dən 19:55-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Vazaşen yaşayış məntəqəsinin şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Musaköy kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.