AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 10-da saat 20:15-dən 20:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal edilmiş Şıxlar kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Ayaq Qərvənd kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmış və atışma zamanı bir erməni əsgəri öldürülmüşdür.
Azərbaycan tərəfi itki verməmişdir.