ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 17-də Ermənistan-Azərbaycan cəbhəsinin Tərtər rayonu sahəsində qoşunların təmas xəttində monitorinq keçirmək planlaşdırılır. Monitorinqdə Azərbaycan tərəfində ATƏT-in şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Miroslav Vımetala, polkovnik-leytenant İmre Palatinus, eləcə də ATƏT-in Ali Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.
Əks tərəfdə isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra yardımçıları Dittmar Şorkovits, Olsteyn Larsen və həmçinin ATƏT-in Ali Səviyyəli Planlaşdırma Qrupunun digər nümayəndəsi keçirəcəklər.