AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 12-də Sinandalidə (Şərqi Gürcüstan) Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev, Gürcüstanın Müdafiə naziri general-leytenant David Tevzadze və Ermənistan Respublikasının Müdafiə naziri Vazgen Sarkisyan görüş keçirmişlər.
Əvvəlcə müdafiə nazirləri üçtərəfli danışıqlar aparmış, sonra general-polkovnik S.Əbiyev V.Sarkisyanla təkbətək görüşmüşdür.