AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 7-dən 13-dək Bolqarıstanda “Kooperativ Determineyşn” sülhməramlı komanda-qərargah təlimləri keçirilir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq dekabrın 6-dan 11-dək Bad-Ems (AFR) şəhərində hərbi informasiya üzrə seminar, dekabrın 7-dən 11-dək Paris şəhərində (Fransa) ikinci hərbi hava kompaniyası üzrə kurslar, dekabrın 7-dən 11-dək isə Oberamerqau şəhərində (AFR) silahlar üzərində nəzarət kursları keçiriləcək.
Dekabrın 3-də saat 16:55-dən 17:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noemberyan rayonunun Berdavan yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qaymaqlı yüksəkliyində yerləşən mövqelərini avtomatlardan və pulemyotlardan; saat 21:30-dan 21:40-dək isə Berd rayonunun Paravakaryal yüksəkliyindəki mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq yaşayış məntəqəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Müdafiə Nazirliyi dekabrın 4-də saat 12:00-da Həzi Aslanov adına Mərkəzi Zabitlər evində (S.Vurğun küçəsi, 12) kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirir.
Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyətli səfiri Əlirza Biqdelini və hərbi attaşesi general-mayor Cəlal Mehribanı qəbul etmişdir.
Dekabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alessandro Fallavollitanı və İtaliya Respublikasının Türkiyə və Azərbaycandakı hərbi attaşesi I dərəcəli kapitan Karlo Ferratanı qəbul etmişdir.