Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dekabrın 7-dən 13-dək Bolqarıstanda “Kooperativ Determineyşn” sülhməramlı komanda-qərargah təlimləri keçirilir. Təlimlərdə ABŞ, Türkiyə, İtaliya, Fransa, Rumıniya, Macarıstan, Moldova, Ukrayna və Özbəkistan hərbi bölmələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti də iştirak edir.
Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq dekabrın 7-dən 18-dək Oberomerqau şəhərində (AFR) Silahlı Qüvvələrdə ekologiyanın müdafiəsi kursları keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.