AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev ABŞ-ın Azərbaycan Respublikasındakı hərbi attaşesi Hərbi Hava Qüvvələri mayoru Erik Nelsonu Azərbaycanda öz missiyasını başa vurub getməsi ilə əlaqədar onun xahişi ilə qəbul etmişdir.
Noyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Naziri general-leytenant S.Əbiyev Fransa Respublikasının ölkəmizdəki səfiri Jan-Pyer Ginyutu qəbul etmişdir.
Avropada Adi Silahlı Qüvvələr haqqında müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inspeksiya qrupu noyabrın 12-dən 15-dək İtaliya Respublikasının Silahlı Qüvvələrində inspeksiya keçirəcək.
Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə ikinci seminar noyabrın 5-də öz işini davam etdirmişdir.
Noyabrın 4-də Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində, bu ilin dekabrında İstanbulda keçiriləcək “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə ikinci seminar işə başlamışdır.