Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir 5 İyun 2018 13:02

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə 5 İyun 2018 10:00

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

NATO Azərbaycan sülhməramlılarının Əfqanıstandakı fəaliyyəti ilə bağlı videoçarx yayıb - VİDEO 4 İyun 2018 19:23

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.

Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb 4 İyun 2018 18:01

Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcəkdir 4 İyun 2018 11:08

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcəkdir.

"Azərbaycan Ordusu" qəzeti - №42 (2258) 2 İyun 2018 13:55

“Bu torpaqlar bizimdi, bizim olacaq!”Təbiətimizin bəxş etdiyi gözəllikləri seyr edə-edə, ön xətdə yerləşən "N" hərbi hissəsinə çatırıq.

Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilir 2 İyun 2018 12:55

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.

Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı adı uğrunda yarış keçirilir 2 İyun 2018 11:18

Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib - VİDEO 1 İyun 2018 20:31

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığının təntənəli açılış mərasimi olub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hərbi hissələrdə tədbirlər keçirilib 1 İyun 2018 18:01

Müdafiə nazirinin tapşırığına əsasən hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.