AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
Bayram münasibətilə uşaqların hərbi hissələrə səfərləri təşkil olunub, əsgərlərlə görüşlər keçirilib, onlara silah və texnika nümunələri nümayiş etdirilib, eləcə də Həzi Aslanov adına Mərkəzi və Gəncə Qarnizonu Zabitlər evlərinin təşkilatçılığı ilə əyləncəli konsert proqramı təqdim olunub.