Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı adı uğrunda yarış keçirilir 2 İyun 2018 11:18

Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” kütləvi vətənpərvərlik tədbirləri aylığına start verilib - VİDEO 1 İyun 2018 20:31

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığının təntənəli açılış mərasimi olub.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hərbi hissələrdə tədbirlər keçirilib 1 İyun 2018 18:01

Müdafiə nazirinin tapşırığına əsasən hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.

Müdafiə naziri cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub 1 İyun 2018 13:40

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.

HDQ-də “Dəniz Kuboku-2018” müsabiqəsinin təşkilat komitəsinin görüşü keçirilib 1 İyun 2018 13:13

İyunun 1-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin ilk görüşü keçirilib.

İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 1 İyun 2018 11:26

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2018-ci il tarixədək 91.117.673,50 AZN, 213.577,88 ABŞ dolları, 11336,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Ən yaxşı tank bölüyü komandiri adı uğrunda yarış keçirilir - VİDEO 31 May 2018 16:42

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü komandiri” adı uğrunda yarış keçirilir.

Ən yaxşı Hava Hücumundan Müdafiə batareyası adı uğrunda yarış keçirilir 30 May 2018 19:05

Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının təlim mərkəzində “Ən yaxşı HHM batareyası” adı uğrunda yarış keçirilir.

Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 30 May 2018 18:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

“Əsgərə məktub” layihəsi çərçivəsində növbəti tədbir Samux şəhərində keçirilib 30 May 2018 16:09

“Vətən uğrunda” səyyar təşviqat dəstəsi cəbhənin ön xəttində xidmət keçən hərbi qulluqçuların ruh yüksəkliyini daha da artırmaq məqsədilə “Əsgərə məktub” layihəsini Azərbaycanın müxtəlif regionlarında davam etdirir.