Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Martın 17-də “Açıq qapı” günü keçiriləcək 1 Mart 2019 15:47

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın təmin edilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin daima artırılması məqsədilə Novruz bayramı ərəfəsində martın 17-də Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü tədbirləri keçiriləcək.

Martın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 1 Mart 2019 10:49

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il martın 1-dək 97.647.955,09 AZN, 213.577,88 ABŞ dolları, 15.736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 28 Fevral 2019 19:00

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:

NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilib 28 Fevral 2019 16:16

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Monitorinq insidentsiz başa çatıb 27 Fevral 2019 12:37

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 27-də Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

"Azərbaycan Ordusu" qəzeti 27 fevral 2019-cu il №16 (2333) 27 Fevral 2019 10:07

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib"Kaspi" liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda anım tədbirləri keçirilib 26 Fevral 2019 18:10

Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO 26 Fevral 2019 15:20

Naxçıvan Qarnizonu qoşunlarında 2019-cu tədris ilinin ilk komanda-qərargah təlimi keçirilib.

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO 26 Fevral 2019 13:49

Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Təhsil və idman sahələrində uğur qazanan bir qrup kursant, şagird və müəllim mükafatlandırılıb - VİDEO 26 Fevral 2019 13:00

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində təhsil və idman sahələrində uğur qazanan kursant, şagird və müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.