AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan qalasını, Nuh Peyğəmbərin məzarını, duz mağarasını, Möminə Xatun türbəsini, Xan Sara..
Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gələn Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanı qəbul edib.
Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycana rəsmi səfərə gəlib.
Avqustun 18-də Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirləri general-polkovnik Zakir Həsənov, cənab İrakli Alasaniya və cənab İsmət Yılmaz Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Heydər Əliyev muzeyini ..
Avqustun 18-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlib.
Avqustun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirləri arasında üçtərəfli formatda planlaşdırılan danışıqlarda iştirak etmək üçün Naxçıvan şəhərinə gəlmişlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə avqustun 18-də Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə "Heydər Əliyev ideyalarına sadiqlik!" şüarı altında mərasim keçirilib.
Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənə xidmətə görə sağ ol!" devizi altında təşkil olunan təntənəli mərasim yeni ənənə olmaqla yanaşı, həm də ordu ilə xalqın birliyinin təntənəsinə çevrilmişdir.
- Cənab nazir, ilk növbədə, Sizi və Milli Ordumuzun şəxsi heyətini 26 iyun - Silahlı Qüvvələrimizin yaradılmasının 96-cı ildönümü münasibətilə ürəkdən təbrik edir, Sizə işinizdə uğurlar arzulayırıq.
Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.
C.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 15-iyun Milli Qurtuluş gününün qeyd edilməsilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.
Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.
Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.
Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlu iyunun 3-də Xırdalan şəhərində dəfn olunub.