Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2014 09:00

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə 15 sentyabr 1918-ci lidə Bakının erməni daşnaklarından, bolşeviklərdən və yadelli işğalçılardan azad edilməsi günü münasibətilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan Hərbi Liseyin müəllimi "Yurdumuzun tarixi" dərnəyinin rəhbəri Azad Əliyev bildirib ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsi tarixi bir hadisə və Azərbaycan dövlətçiliyi üçün ən böyük töhfələrdən olmuşdur.
Tədbirin sonunda kursantlar Bakının yadelli işğalçılardan azad olunması haqqına tarixi sənədli filmi izləyiblər.