Zəfərlərə aparır sizi döyüş bayrağı!..
Duruşunda mərdanəlik olduğuna görə, görkəmi baxanın düşüncələrində dönməzlik yaratdığına görə, səssiz sözü ruhumuzun öyüdü olduğuna görə, mehmanlarını könül adamı bildiyinə görə, gələnlərinin dönüşünə kövrəldiyinə görə, ...dağlara ulu dağlar deyirik...davamı
Şuşa ucalığının şəhadət mərtəbəsi
Müasir dünyada dövlətin və ordunun fəaliyyətini hərbi kəşfiyyatın mövcudluğundan kənar təsəvvür etmək çətindir. Vətənin müdafiəsinin və mövcud təhlükə qarşısında döyüşün hücum və müdafiə olaraq müvəffəqiyyətlə planlaşdırılması üçün dövlətin strateji məlumatlar əldə edə biləcək kəşfiyyat orqanına və kəşfiyyatçılara daim ehtiyacı olduğu şübhəsizdir...davamı
Şəhid Orxan Əkbərovun anım tədbiri keçirildi
Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Orxan Əkbərovun anadan olmasının 40-cı ildönümü ilə bağlı "Şəhid anılar, Vətən tanınar" adlı hərbi vətənpərvərlik tədbiri keçirildi...davamı
Müdafiə Nazirliyinin “Kommunikasiya Strategiyası” ordu-media münasibətlərinin təkmilləşdirilməsinə əhəmiyyətli töhfədir
Müdafiə nazirinin müvafiq qərarı ilə qüvvəyə minmiş Nazirliyin "Kommunikasiya Strategiyası" ordu-media-cəmiyyət münasibətlərinin inkişafında növbəti müsbət addımdır. Müdafiə Nazirliyinin KİV-lə, həmçinin ictimaiyyətlə apardığı işin, həyata keçirilən birgə layihələrin daha da səmərəli icrasına yönəlmiş “Kommunikasiya Strategiyası” Nazirliyin strukturuna daxil olan qurumların fəaliyyətinin daha sıx, əlaqəli şəkildə təşkilinə əhəmiyyətli töhfə verir...davamı
Qoynuna dönürük, Şuşa, Cıdır düzü, Topxana...
Şuşa! Yaradıldığı, bünövrəsi qoyulub tikildiyi gündən dillər əzbəri olan, şan-şöhrəti dünyaya yayılan, misli bərabəri olmayan gözəl şəhərimizin adını çəkəndə qulaqlarımıza dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bəstələdiyi bir-birindən gözəl musiqilərin səsi gəlir. Şuşa deyəndə yaddaşımızda Bülbülün bənzərsiz avazı, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin zəngulələri ruhumuza sığal çəkir...davamı
Nizam-intizamın təməli sırada qoyulur
"N" hərbi hissəsində sıra hazırlığı məşğələsini izlədik. Çavuş Samir Qəmbərli əsgərlərə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq silahsız sıra hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, yuxarı rəislərə yaxınlaşma, eləcə də digər fənn və elementləri öyrədirdi...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı