Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 2019 10:20

"Azərbaycan Ordusu" qəzeti №89 (2406)

Sən güclü ordunun əsgərisən!

Azərbaycan Ordusunda əsgər hazırlığı mükəmməl bir sistem üzərində qurulub, inkişaf etdirilir. Gənc əsgərlər tədris dövründə ixtisas hazırlığını təkmilləşdirir, hərbi vərdişlərini artırdıqdan sonra hərbi hissələrdə xidmətlərini davam etdirirlər...davamı



Müstəqilliyimiz əbədidir


Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində mühüm tarixi rol oynayıb...davamı



“İctimai-siyasi hazırlıq dərslərində hərbi biliklərimizi və dünyagörüşümüzü artırırıq”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bölmələrin birində yüksək tərtibatla hazırlanmış və müasir avadanlıqlarla təmin olunmuş sinif otağı var. Burada Azərbaycan Ordusunun inkişaf tarixinin mərhələlərini, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı müharibəni, Hərbi andı və Dövlət himnini əks etdirən maraqlı eksponatlar əsgərlərin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında, vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynayır...davamı



Vəzifələrin öhdəsindən bacarıqla gəlirlər

Gündən-günə gözəlləşən kənd və qəsəbələrimizi ötüb arxada qoyandan sonra qarşımızda geniş və gözəl bir panoram açılır. Bu yerlərin gözəlliyi göz oxşayır. Yolun kənarındakı ərazi haqqında məlumatverici lövhədə yazılanlar diqqətimizi özünə çəkir. Lövhədə qarşıdakı yaşayış məntəqəsinin adı ilə yanaşı, bu yolun Şuşaya getdiyi göstərilirdi. Təbiidir ki, uğurla başlanacaq döyüş yollarımız sonda Şuşada tamamlanmalıdır...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Hərbi xidmət əleyhinə olan cinayətlər. Hərbi qulluqçuların hüquqi məsuliyyəti.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu məşğələyə hazırlaşarkən Azərbaycan Respublikası Konstitusiyasının, hərbi qanunvericilik aktlarının, Hərbi andın və hərbi nizamnamələrin tələblərini diqqətlə öyrənmək və öz bölməsinin tapşırıqlarını, xüsusiyyətlərini, xidmət şəraitini nəzərə alaraq mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur.

Suallar:

1. Azərbaycan Respublikasında vətəndaşların hüquqi məsuliyyəti.

2. Hərbi xidmət əleyhinə olan cinayətlər.

3. Hərbi qulluqçuların hüquqi məsuliyyəti...davamı



Əsgərlərimizin sağlamlığı daim diqqət mərkəzindədir


Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində tibb xidməti nümunəvi təşkil edilib. Həkimlər, digər tibb işçiləri hərbi hissənin şəxsi heyətinin sağlamlığını məsuliyyətlə diqqətdə saxlayır. Bu, onların xidmətinin başlıca qayəsidir. Tibb xidməti leytenantı Rəvan Hüseynov Hərbi Tibb fakültəsinin məzunudur. Söhbətləşəndə dedi ki, həkimlik sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Həkimlik sənəti həm də çox məsuliyyətli sənətdir - insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı