Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2019 10:09

"Azərbaycan Ordusu" qəzeti 8 iyun 2019-cu il №44 (2361)

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. 1969-cu ildən etibarən fəaliyyəti sevdiyi Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafını təmin etmək olmuşdu. Sabiq SSRİ-nin sərt imperiya rejimi xalqını, millətini, ittifaq tərkibində olsa da, dövlətini sevən bir insanın fəaliyyətini yolundan saxlamağa qadir deyildi.
Həmin illərdə Azərbaycanda ibtidai hərbi məktəb yaratmaq üçün olduqca çətinliklərlə üzləşildi. Mərkəz Azərbaycanda belə bir məktəbin yaradılmasına qətiyyətlə mane olmaq istəyirdi. Böyük siyasi xadim olan Heydər Əliyev bütün iradları susdurmağı bacardı və 1971-ci ildə Bakıda C.Naxçıvanski adına ibtidai hərbi məktəb yaradıldı...davamı








“Bu görüşü həmişə xoş hisslərlə xatırlayacam”

Son illər ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki təminatın yüksəldilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığının və orduya diqqətin dövlət üçün prioritet olduğunun bariz sübutudur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olublar...davamı








“Vətənə xidmətdən qürur duyuram”

Əsgər Vasif Əliyevin xidmətinin xeyli hissəsi arxada qalıb. Bu müddət ərzində o, üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Nümunəvi xidməti ilə həm komandirlərinin, həm də əsgər dostlarının rəğbətini qazanıb.
Əsgər Vasif Əliyev orta məktəbdə təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb, Vətən qarşısında borcunu yerinə yetirməyə başlayıb. Qısa müddət ərzində özünü bacarıqlı bir əsgər kimi göstərib. Təlimlərdə və məşğələlərdə fəal iştirak edib. Silahların və texnikaların sirlərinə dərindən yiyələnib...davamı






Hərbi hissələrdə bayram tədbiri keçirildi

İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Ramazan bayramının məqsədlərindən biri müsəlmanların birliyini təmin etməkdir. Bu bayram ölkəmizdə böyük coşqu ilə qarşılanır. Ramazan bayramı ölkəmizin hər bir bölgəsində olduğu kimi, Azərbaycan Ordusunda da təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi...davamı






"Azərbaycan Ordusu" qəzetinin tam variantı