Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2022 18:00

"Azərbaycan Ordusu" qəzeti № 8 (2619)

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır!    

 

Komando - havada, quruda və dənizdə



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, 44 günlük Vətən müharibəsini zəfərlə nəticələndirən Azərbaycan Ordusunda islahatların həyata keçirilməsi prosesi davam etdirilir, onun modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Vətən müharibəsi zamanı qələbənin əldə olunmasında mühüm rolu olan xüsusi təyinatlıların fəaliyyəti onu deməyə əsas verir ki, bu qoşun növü keçirilən təlim və kurslar, eyni zamanda, qazandığı döyüş bacarıqları sayəsində qarşıya qoyulan tapşırıqları sürətlə və yüksək dəqiqliklə icra etmək qabiliyyətinə malikdir...davamı


Daşaltının qisası daş altında qalmadı!

Sazaqdı.

Heç kim sazağın çılğınlığını hiss etmir. Səs səsin söykəyidi, nəfəs nəfəsin. Qar qalağını yara-yara bəstəboylu təpəyə can atan yerişlər də təsəllidi, bəstə təpənin qənşərində dayananların da, onlara sarı can atanların da baxışları həm şəhidliyə təsəlli baxışlarıdı, həm də təsəlli baxışlardan boy göstərən qürur baxışlarıdı. Bir azdan 30 il əvvəlin bir qış gecəsinin sazağı da, o sazağa sarı qətiyyətlə, cəsarətlə yeriş eləyənlər də xatırlanacaq...davamı



Əsgərlərimizin məişət şəraiti daima diqqət mərkəzindədir

Hərbi qulluqçuların sosial-məişət şəraiti həmişə diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Vətən müharibəsindən sonra da bu istiqamətdə mühüm addımlar atılır. İşğaldan azad olunan ərazilərdə dislokasiya edilən hərbi hissələrdə müasir standartlara cavab verən əsgər yataqxanaları, ideoloji, xidməti, tədris və istirahət otaqları, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana və digər obyektlər inşa edilir. Əsgərlərin zəruri ehtiyaclarının ödənilməsi və döyüş təminatını yerinə yetirməsi, həmçinin istirahətləri və asudə vaxtlarının səmərəli keçməsi üçün hərtərəfli şərait yaradılır...davamı



Ömrün mənasıdı Vətənə sevgi!

27 sentyabr 2020-ci il tarixi unudulmaz gün kimi yaddaşlara yazıldı. Ali Baş Komandanımız illərdir işğalda olan torpaqlarımızın sülh yolu ilə, qan tökülmədən qaytarılması üçün çalışsa da, həmin tarixdə erməni qəsbkarlarının bütün cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı təxribat aparılan sülh danışıqlarının sonu oldu. Əks-hücum əməliyyatlarının başlanılması ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmək üçün ilk addımlarını atdı. İgid oğullarımızın hər biri ayrı-ayrılıqda bu şanlı tarixin bir parçasına çevrildi. Belə qəhrəman oğullarımızdan biri ilə "N" hərbi hissəsində tanış olduq...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı