Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2022 12:30

"Azərbaycan Ordusu" qəzeti № 74 (2685)

Azərbaycan Ordusunun hərbi tibb sahəsi müasirliyi və döyüş meydanında qazanılan peşəkarlığı özündə əks etdirir

Məlumdur ki, müasir ordu quruculuğunun əsas əhəmiyyət kəsb edən təminat növlərindən biri tibbi təminatdır. Hərbi təbabətimizin modern standartlar çərçivəsində qurulması və müasir innovasiyaların tətbiqi ilə daha da möhkəmləndirilməsi üçün dövlət başçısının qarşıya qoyduğu konkret tapşırıqlara əsasən, hərbin bu sahəsində ordu rəhbərliyi tərəfindən davamlı olaraq məqsədyönlü fəaliyyətlər planı həyata keçirilir. Görülən işlərin məntiqi nəticəsidir ki, bu gün ordumuzun tibb sahəsinin maddi-texniki bazası güclənir, müalicə-diaqnostika imkanları artırılır və peşəkar kadr siyasəti dövrün tələbləri çərçivəsində qurulur və inkişaf etdirilir...davamı



Canımızı qurban verərik, amma düşmənə bir qarış torpaq vermərik!

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətmək cəhdlərinin qarşısı alındı. Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Təxirəsalınmaz tədbirlər nəticəsində baş verən döyüşdə ordumuz qarşı tərəfi bir daha uğursuzluğa düçar etdi. Qarşı tərəfin atəş nöqtələri, döyüş texnikaları, mövqelərimizə soxulmaq istəyən xeyli sayda canlı qüvvəsi məhv edildi...davamı



Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi Azərbaycan Ordusunun hazırlıq planına əsasən, hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirildi...davamı



Azərbaycan Ordusu ilə ABŞ-ın Oklahoma Milli Qvardiyası arasında hərbi əməkdaşlığın 20 illiyi elan edilib

2022-ci il sentyabrın 19-da ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt tərəfindən Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında "Ştatla Tərəfdaşlıq Proqramı"nın 20 illiyi elan edilib...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı