Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Sentyabr 2022 10:00

Azərbaycan Ordusu ilə ABŞ-ın Oklahoma Milli Qvardiyası arasında hərbi əməkdaşlığın 20 illiyi elan edilib

2022-ci il sentyabrın 19-da ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stitt tərəfindən Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında "Ştatla Tərəfdaşlıq Proqramı"nın 20 illiyi elan edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası arasında müxtəlif sahələrdə ikitərəfli hərbi əməkdaşlıq 2002-ci il sentyabrın 19-dan etibarən həyata keçirilir.
Proqram çərçivəsində 200-dən çox qarşılıqlı səfərlər təşkil olunub, peşəkar çavuş kadrlarının hazırlığı, mühəndis hazırlığı, tibb hazırlığı və təlim konsepsiyalarının hazırlanması mövzularında seminarlar keçirilib.
Həmçinin Oklahoma Milli Qvardiyasının ekspertləri Azərbaycan Ordusunun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölmələrinin NATO qiymətləndirmə təlimlərinə hazırlığına, onlarla təcrübə mübadiləsi aparılmasına və ƏİK nümayəndələrinin müxtəlif kurs, treninq və təlimlərdə iştirak etmələrinə dəstək veriblər.
Qeyd edək ki, "Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy" Proqramı NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı" Azərbaycan Ordusunun inkişafına xidmət edən NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərindən biridir. Bu proqram ordunun müvafiq bölmələrinin müasir döyüşün tələblərinə və inkişaf etmiş dövlətlərin standartlarına uyğun hazırlanması, habelə NATO-nun zəruri "əməliyyat qabiliyyətləri"nə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. Bu proqramla əldə edilmiş təcrübə və bilik bölmələrimizin beynəlxalq əməliyyatlarda və təlimlərdə peşəkar səviyyədə iştirakını təmin edərək, təmsilçilik imkanlarının və nüfuzunun artırılmasına imkan yaradır. Azərbaycan Ordusunun NATO-nun ƏİK Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş bölmələri aşağıdakılardır:
- Sülhməramlı Qüvvələr Taboru - 1;
- Kəşfiyyat Bölüyü - 1;
- "Mİ-17" Helikopter Cütlüyü - 1;
- Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə-Axtarış Qrupu - 1.

İsa İSMAYILOV Müdafiə Nazirliyi Mətbuat Xidməti