Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Sentyabr 2019 10:26

"Azərbaycan Ordusu" qəzeti №71 (2388)

“Azərbaycan Ordusu tezliklə tarix yazacaq”

Əsrarəngiz yay səhəridi. Həmişəki kimi səngərə - əsgərlərimizlə görüşə can atırıq. Günəş dağın arxasından boylanmağa cəhd göstərir. Dan yeri yenicə ağarıb. Həzin səhər mehi əsir. Quşların səs-səsə verib cəh-cəh vurması gözəlliyə öz çalarını qatır və onların ilk baxışdan çox sadə görünən bəstələrinin ən mükəmməl klassik əsərləri belə kölgədə qoyduğunun mahiyyətinə varıram. Rəngarəng təbiətlə bütünləşdiyim indiki məqamda, başda ağaclar olmaqla, bütün bitkilər, xüsusilə, güllər, çiçəklər mənə doğma gəlir. Mənə elə gəlir ki, təbiətlə insanın əkizliyi həqiqətilə üz-üzə qalmışam...davamı



15 sentyabr - qürur duyulası gün

15 sentyabr 1918-ci il xalqımızın, taleyində önəmli günlərdən biri kimi tarixləşib. Bu günlə hər birimiz qürur duyur, fəxr edirik. Həmin gün xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Bu şərəfli gündə Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun qüvvələri Bakını bolşeviklərdən, ermənilərdən və eser-menşeviklərdən azad ediblər. Tarixçilər, siyasətçilər zaman-zaman həmin günə böyük önəm veriblər.

101 il əvvəl Bakının azad edilməsi heç də asanlıqla başa gəlməmişdi...davamı



Hərbi təhsil ordu quruculuğunun təməl daşıdır


Tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunub. Elmin, təhsilin, bütövlükdə hər bir xalqın maariflənməsi nəticəsində cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, əxlaqlı ölkənin gələcəyinə etibarlı təminatçı olan əsl vətəndaş yetişir...davamı



“Hərbi dənizçilərimiz hər zaman qalib olmağa hazırdırlar”

Azərbaycanın Hərbi Dəniz Qüvvələri imkanlarına görə Xəzər dənizində ən güclü donanmalar sırasındadır. Tərkibinə bir neçə gəmilər divizonu daxil olan HDQ əsasən suüstü gəmilər briqadasından ibarətdir. HDQ-nin sərəncamında onlarla müxtəlif tipli və təyinatlı gəmilər var. Hərbi dənizçilərimiz dəfələrlə beynəlxalq təlimlərlərdə və yarışlarda iştirak ediblər...davamı



Yaşarıdı, bəşəridi əsgər dostluğu

Səngərdə eşidilən salam-əleykə milli-xəlqi ruhun ruhlara xeyir-duası deyərdim...

Səngərdə əvvəlcə baxışlar danışır, sonra  baxışların dedikləri ürəkləri dilləndirir, sonra kəlmələr eşidilir. Səngərlərdə əsgərlərlə səmimi söhbətlər mənə həmişə könül xoşluğu verib. Əsgərlərin döyüş əzmində, qələbə ruhunda Doğu-Batı arası "Mən azərbaycanlıyam!" deyənlərin istəyini görmüşəm, bir daha dönməzliklə inanmışam ki, Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcək. Ona da əmin olmuşam ki, işğal son nəfəs ərəfəsindədi...davamı

 


"Azərbaycan Ordusu" qəzetinin tam variantı