Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2022 17:08

"Azərbaycan Ordusu" qəzeti № 69 (2680)

Torpaqların yaralarını da sağaldacağıq!

Vətən müharibəsindən əvvəl bu yüksəklikdə ötərgi yaz yağışı sovuşunca göy üzünün göy qurşağı görünmüşdü. Duyğularım, duyğularıma dirsəklənən düşüncələrim gözə də, könülə də xoş gələn bu görüntüyə sarılmışdı...davamı

 

 

 

“Gənc əsgər hazırlığı bizi bacarıqlı Vətən müdafiəçisi kimi formalaşdırır”

Müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran, Vətənə  sonsuz sevgi ilə bağlı olan, andına sadiq, hərbi sirləri qoruyan, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu ən güclü ordudur. Hərbi xidmətə yenicə qədəm qoyan gənc əsgərlərə bütün qoşun növləri üzrə peşəkar səviyyədə təlim keçirilir. Bölmələrdə olan müasir təhsil avadanlıqları və təlim mərkəzləri də bu məşğələlərin səmərəli təşkilinə zəmin yaradır...davamı

 

 

 

Əsrlərə sığmayacaq şərəf dolu ömür yolu

Gün günortanı keçsə də, havanın istisi davam edirdi. Bir az iti addımlarla gedirəm ki, gecikməyim, deyilən vaxt təyin olunmuş yerə çatım. Ötən gün şəhid anası Mehriban Qurbanova ilə telefonla danışmışdıq ki, görüşüb, İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda canından keçən oğlu Murad haqqında söhbət edək...davamı

 

 

 

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi
(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)


Mövzu: Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirməsi siyasəti

Suallar:
1. Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirməsi siyasətinin formalaşması tarixi.
2. XX əsrin axırlarında erməni separatçılığı. Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə və tarixi ədalətin bərpası uğrunda mübarizə.

Ermənilərin əzəli Azərbaycan torpaqlarını erməniləşdirməsi siyasətinin formalaşması tarixi

Yerləşdiyi coğrafi əhəmiyyətinə və enerji mənbəyinə görə "Avrasiyanın dayaq nöqtəsi" kimi xarakterizə olunan, eyni zamanda, tarixən geosiyasi maraqların toqquşduğu bölgə olan Cənubi Qafqaza əsrlər boyu imperialist güclər sahib olmağı hədəfləmiş və bu yolda təhlükəli silah kimi başlıca rol oynayan ermənilərdən istifadə etmişlər...davamı

 

 

 

“Qazandığımız qələbələri şəhidlərimizə həsr etdik”

Qardaş Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları başa çatdı. Yarışda idmanın 24 növü üzrə 56 ölkədən 4 mindən çox atlet iştirak etdi. Gərgin mübarizə şəraitində keçən yarışda idmançılarımız 99 medal qazandı ki, onlardan 29-u qızıl oldu. Ölkəmiz ümumi xal hesabı ilə dördüncü yerdə qərarlaşdı. Onu da qeyd edim ki, bundan 5 il öncə ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında komandamız göstərdiyi uğurlu nəticələrlə birinci yerin sahibi olmuşdu...davamı

 

 

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı