Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Sentyabr 2019 10:32

"Azərbaycan Ordusu" qəzeti №69 (2386)

Azərbaycan Ordusu xalqını yeni qələbələrlə sevindirəcək

Azərbaycanın qarşısında dayanan torpaqlarımızın azadlığı problemi gənc nəsildən, xüsusən hərbçilərimizdən əcdadlarımızın qəhrəmanlıq ənənələrini bu gün də, gələcəkdə də qorumağı və onun müstəqilliyini əbədi etməyi tələb edir. Qədirbilən xalqımız qəhrəmanlıq ənənələrini qoruyur, inkişaf etdirir və bu estafet uğurla nəsildən-nəslə ötürülür...davamı








Şəhidlər ölməzdi...

Müharibə tariximizin Aprel döyüşləri ordumuzun qüdrətini, gücünü, döyüş əzmini, qələbə ruhunu göstərdi. Əsgərlərimiz Vətən üçün, torpaq üçün döyüşdülər, əks-həmlə əməliyyatını qələbə ilə tamamladılar. Döyüşlərdə iştirak edənləri, qəhrəmanları unutmuruq. Şəhidlər bizim üçün, Vətənimiz üçün əbədiyyətə qovuşublar. Pilotlarımız -Təbriz Musazadə, Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov belə qəhrəmanlardandır. Onlar Mİ-24 helikopteri ilə döyüşlərdə iştirak etdilər, döyüşdülər, Füzuli istiqamətində şəhid oldular. Şəhidlərimiz izdihamla son mənzilə yola salındı. Pilot Təbriz Musazadənin oğlu Tayfun deyir ki, anam, bizi atam olmadan heç bir nemətə əl uzatmağa qoymurdu. “Deyirdi ki, böyüksüz olmaz. İndi də deyir ki, Tayfun, sən olmadan süfrəyə heç kim əl uzatmayacaq”...davamı








Əsgərlərimizin sağlamlığı əmin əllərdədir

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman müasir standartlara cavab verən avadanlıqlarla təchiz edilən tibb məntəqəsi diqqətimizdən yayınmadı. Bura daxil olduqda həkimlər tərəfindən tibb məntəqəsinə müraciət edən əsgərimizə sarğı qoyulurdu. Onlara müraciət edən xəstəyə yüksək səviyyədə qayğı göstərilirdi. Həkimlərimizin işinə maneçilik törətməmək üçün işlərinin bitməsini gözlədik...davamı







“Xidmətimiz günün tələbləri səviyyəsində qurulub”

Cəbhə xəttində yerləşən "N" hərbi hissəsində bölmə komandirləri və onların müavinləri ilə keçirilən komandir toplanışlarının yekun mərhələsi keçirildi.

Hərbi hissənin zabiti Rəhim Rzayev bildirdi ki, bir neçə gündür davam edən toplanışda praktiki vərdişlər nəzərdən keçirildi. “Şəxsi heyətin fiziki, taktiki hazırlığı yoxlanıldı, həmçinin rəhbəredici sənədlərdən test üsulu ilə imtahan qəbul edildi.”...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı