Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2019 12:40

"Azərbaycan Ordusu" qəzeti 6 aprel 2019-cu il №26 (2343)

“Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir”

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olmaqla dövlət quruculuğunun tərkib hissələrindən biridir. Bu gün ulu öndər Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Son illər Azərbaycanda ordu quruculuğunda həyata keçirilən ardıcıl tədbirlər, ordunun peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər təsdiqləyir ki, Azərbaycan Ordusu regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir...davamı








“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq olaraq genişmiqyaslı təlimlər yüksək səviyyədə keçirildi. Müxtəlif qoşun növlərinin birgə fəaliyyətini əlaqələndirən bu təlimdə şəxsi heyətin yüksək döyüş qabiliyyəti bir daha öz təsdiqini tapdı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə təqdim etdi. Onlar da digər hərbi qulluqçular kimi, Ali Baş Komandanın döyüş əmrinə - torpaqlarımızı işğaldan tamamilə azad etməyə hazırdırlar...davamı








“Düşmən qaçmaqdan başqa çıxış yolu tapmadı”

Tarixləşən və tarix yazan Aprel döyüşləri... 2016-cı ilin Aprel döyüşlərindən, Azərbaycan Ordusunun tarixi zəfərindən üç il keçir. Üç il öncə işğalçı Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bölmələri səmərəli hərbi əməliyyat keçirdi. Qəhrəman hərbçilərimizin fədakarlığı nəticəsində Azərbaycan strateji əhəmiyyətli bir əraziyə hərbi nəzarəti bərpa etdi. Döyüşlərdə qəhrəmanlıq nümunələri göstərmiş oğullarımızın tanıdılması, kütləvi informasiya vasitələrinin də üzərinə böyük vəzifələr qoyur. Bu mənada Aprel döyüşlərinin iştirakçısı olmuş bir neçə hərbi qulluqçunun fikirlərini oxucularımıza təqdim etdik...davamı








Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır

"N" hərbi hissəsində Aprel döyüşlərinin üçüncü ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, Aprel şəhidlərinin ailə üzvləri və hərbi hissənin şəxsi heyəti iştirak edirdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi...davamı




"Azərbaycan Ordusu" qəzetinin tam variantı