Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyul 2017 11:49

"Azərbaycan Ordusu" qəzeti - №51 (2168)

Hamı bir amalın əsgəridir
Hər dəfə ön xətdə yerləşən hərbi hissələrə gedəndə, torpaqlarımıza keşik çəkən məğrur döyüşçülərimizlə tanışlıq ürəyimi qürurlandırır. Yenə də həmkarımla birlikdə "N" hərbi hissəsinə gedirik...davamı

İctimai-siyasi hazırlıq diqqət mərkəzində
Dünyada ordu quruculuğu elə bir spesifik sahədir ki, daim fasiləsiz inkişaf tələb edir. Xüsusilə dövlət müharibə şəraitində olduğu zaman bu tələb ikiqat artır. Bütün bunların fonunda Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirməkdir...davamı

“Biz əsgərik”
Bu bölgənin yazı da, yayı da gözəldir. Gözəllikləri bəxş edən təbiət bu yerlərdən heç nəyini əsirgəməyib. Ölkəmizin mədəni həyatında da töhfələri çoxdur. Xalqımızın qədim adət-ənənələri şərəflə davam etdirilən bu yerləri Vətən övladları yadellilərdən həmişə mərdliklə müdafiə ediblər...davamı

Döyüş hazırlığının təmin edilməsi üçün
Nəzarət-buraxılış məntəqəsində növbə aparan əsgər qərargaha məlumat verdikdən sonra hərbi hissənin ərazisinə daxil oldum. Səhərin erkən çağlarından səliqə-sahmanın hökm sürdüyü ərazidə hamı gündəlik xidmət qayğılarıyla məşğul idi...davamı

“Fəxr edirəm ki, Azərbaycan Ordusunun zabiti olmuşam...”
Türk şairi Nazim Hikmətin bir misrasını xatırlayırıq: "Mən bir ceviz ağacıyam, göyərmişəm insanların yaddaşında". Yaddaşlarda yaşamaq hər kəsə qismət olmur. Dum-duru ömür yaşayanların, ömrü Vətən üçün, xalq üçün yaşayanların, son nəfəsinəcən "Vətən!" - deyənlərin, "Xalq!" - deyənlərin ömrü ömürlərə köçür, tarixin cığırdaşı olur. Cəlilabadda doğulub boya-başa çatan Niyaz Ələsgərov da belə ömür yaşayır...davamı

İşğalçı ölkənin növbəti təxribatı
Hərbi attaşelər və xarici KİV nümayəndələri Füzuli rayonunun Alxanlı kəndində olublar

Düşmən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində növbəti təxribat törətdi. Təxribatın hədəfi isə kəndin dinc sakinləri oldu. İnsanlığa sığmayan bu əməlin qurbanı üç günahsız dinc sakin oldu...davamı

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı