Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 İyun 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 44 (2552)

Vətən hər zaman igid oğulları ilə güclü olur...

Qızmar iyun günlərində Vətənimizin dilbər guşələrindən birindəyəm. Günəş şüaları ətrafa hakim olsa da, qəlbimdəki hərarətin qarşısında acizdi. Bu enerjini görüşünə tələsdiyim, Vətənin mərd, fədakar, qəhrəman oğullarından - qalib Azərbaycan əsgərlərindən alıram. Səfərimiz torpaq sevgisinin hərarətini, torpağın ürək döyüntüsünü daha çox duyduğumuz "N" hərbi hissəsinədi. Dağlara doğru irəlilədikcə hava dəyişir. Dolanbac yollar ilan kimi qıvrılır. Ətrafa nəzər yetirdikcə adama elə gəlir ki, geridə qalan evlər, yaşayış məskənləri bir ovuca yerləşəcək qədər kiçilib. Çox əsrarəngiz mənzərədir. Yol boyu hər tərəfdə əkin tarlaları, otlaqlar, biçənəklər bir-birini əvəz edir. Burada təbiətin bütün rənglərini görmək olur. Təbiətin gözəlliklərini seyr etdikcə vaxtın necə keçdiyini hiss etmir insan. Bu da səngər...davamı



Qələbə ürəkdə qazanılır

Müasir dövrün gəncləri iftixar hissi keçirməlidirlər ki, onlar güclü Azərbaycan Ordusunda xidmət edir, qalib ordunun sıralarında xidmət etməyin şərəfini yaşayırlar. Ümummilli Liderimiz və müasir ordumuzun qurucusu Heydər Əliyevin bir zamanlar qeyd etdiyi kimi: "Bu günümüzün gəncləri özlərini xoşbəxt sanmalıdır ki, onlara doğma Vətənimizin ordusunda xidmət etmək nəsib olub". Bu xoşbəxtliyin fərqinə varan gənclər də öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirərək torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak etdilər...davamı



Vətən müharibəsi: Azərbaycan xalqının qalibiyyət yolu

Qəhrəmanlar yurdu, igidlər məskəni Azərbaycan tarix boyu ərənləri, ər oğulları ilə seçilib. Bu yurdun igid oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq düşmənə qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq salnamələrinin şahidi olmayasan. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda torpaq hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur...davamı



“Şuşa işğaldan azad olunanda çox sevindim”

Vətən müharibəsi ordumuzun qələbəsi ilə başa çatdıqdan sonra ayağımız əbədi-əzəli yurd yerlərimiz olan Qarabağ torpağına dəydi. Bu anlarda üzümüzə təbəssüm qondu, ürəyimiz sevinclə doldu. Artıq neçənci dəfədir ki, işğaldan azad olunmuş ərazilərimizə gəlirəm. Hər dəfə də geriyə - ölkəmizin paytaxtına ürəyimdə qucaq-qucaq sevinc hisslərinə bürünmüş fikirlərlə dönürəm...davamı



“Qələbəmizi şəhid və qazilərimizə həsr edirik”


Rəşadətli ordumuzun sıralarında xidmət edən yüzlərlə gənc hərbi xidməti ilə yanaşı, idman fəaliyyətini də yüksək səviyyədə davam etdirir, müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı nəticəsində bu gün müxtəlif idman növləri üzrə peşəkar idmançıların yetişdirilməsi üçün hər cür şəraitlə təmin olunan Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu (MOİK) fəaliyyət göstərir. 1961-ci ildə təsis edilən Mərkəzi Ordu İdman Klubu Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyinin tərkibinə verilib. Yarandığı gündən bu günədək Mərkəzi Ordu İdman Klubu şərəfli yol keçib. İdmançılarımız Olimpiya oyunlarında, həmçinin Dünya və Avropa çempionatlarında iştirak edərək medallar qazanıblar...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı