Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyun 2021 12:00

"Azərbaycan Ordusu" qəzeti № 42 (2550)

Azərbaycan Ordusu xalqımızın növbəti qalibiyyət səhifəsini yazdı

Bir yaz günü sübh çağıdı. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətilə görüşə tələsirik. Bunun üçün də səhərin erkən saatlarından yola çıxırıq. Evlər, küçələr, insanlar, şəhər arxada qalır. Bir müddətdən sonra düz yolları torpaq yollar əvəz edir. Yolboyu yalnız kədər, qəzəb, hiddət doğuran mənzərələr görürük. Düşmənin uzun illər ərzində yaratdığı hərbi istehkamlar, keçilməzlik mifi məhv olan "Ohanyan səddi"nin tikanlı məftillər çəkilmiş çoxcərgəli beton dirəkləri, hündürlüyü üç metrə çatan uzun torpaq bəndlər arxada qalır...davamı



Qəriblidən başlayan yol

Tovuzun Qəribli kəndində anadan olmuşdu Cavid. Ermənilərin törətdikləri vəhşiliklər haqqında ata-anasından, müəllimlərindən çox eşitmişdi. Yeniyetmələşdikcə, gəncləşdikcə olmuşları xatırlayanda hər dəfə onun da qaşları çatılırdı, yumruqları düyünlənirdi. Belə anlarda o da üzü göylərə sarı, "Qalmaz belə, qalmaz dünya!" kəlmələrini pıçıldayırdı...davamı



“Azərbaycan xalqı qəhrəman xalqdır”

Gənclərin milli şüurunun inkişafı və vətənpərvərlik hissinin formalaşması məsələləri hər zaman cəmiyyətimizin qarşısında duran aktual mövzulardan olub. Ulu öndər Heydər Əliyev hər zaman gənclərimizin Vətəninə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həyati əhəmiyyətli məsələ kimi baxırdı. Qəbul edilən sənədlər, imzalanan fərman və sərəncamlar - bir sözlə, bütövlükdə görülən işlər müxtəlif miqyaslı təhsil müəssisələrində ölkəmizin gələcəyi olan gənclərimizə Vətənə, xalqa, dövlətə məhəbbət hissinin aşılanması məsələsində əhəmiyyətli oldu...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi
Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.
2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı