Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2021 10:00

"Azərbaycan Ordusu" qəzeti № 37 (2545)

Vətən torpağı and yerimiz, qürur mənbəyimizdir!

Hərbi müstəvidə Azərbaycan Ordusunun region dövlətləri ilə müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması bütün dünya miqyasında məlum həqiqətdir. Bu mənada erməni tərəfini narahat edən əsas məqamlardan biri də ölkəmizin malik olduğu pilotsuz uçuş aparatlarıdır...davamı




Səmaları fəth edən qəhrəman

Müsahibimiz Vətən Müharibəsi Qəhrəmanı kapitan Rəşad Qasımlıdır. Rəşad Qasımlı 1991-ci il dekabrın 31-də Bakı şəhərində anadan olub. Bu təsadüfi tarix bir ömrün səhərinə - yeni parlayan ulduz misallı olacaqdı...davamı



Son döyüş tapşırığını da uğurla yerinə yetirdi...

Qırx dörd gün davam edən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək, torpaq uğrunda canından keçən hərbçilərimizdən biri də çavuş Nicat Adil oğlu Hüseynovdur. Qarabağın azadlığı uğrunda döyüşlərə atılanda Nicatın 33 yaşı var idi. Nicat onu tanıyanların yaddaşında elə bu yaşda da qalacaq...davamı



Asudə vaxtımızı səmərəli keçiririk

Bu gün Müzəffər Ali Baş Komandanımızın diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda aparılan islahatlar, müasir tələblər əsasında tikilən yeni-yeni hərbi hissələr, arsenalımızda yer alan silah və texnikalar, ordumuzun NATO standartlarına uyğunlaşdırılması onu deməyə əsas verir ki, ölkəmizdə ordu quruculuğu prosesi əsas prioritet məsələdir. Harada yerləşməsindən asılı olmayaraq hər bir hərbi hissədə döyüş hazırlığı ilə yanaşı, əsgərlərimizin asudə vaxtlarının səmərəli keçməsi üçün hər cür şərait yaradılıb...davamı




Hərbi intizam sıradan başlayır

"N" hərbi hissəsində inşa edilən müasir binaların gözəlliyi, ətrafın səliqə-sahmanı göz oxşayırdı. Şəxsi heyətin hərbi hissənin ərazisində və təyin olunmuş yerlərdə dərslərlə məşğul olduqlarının şahidi olduq. Sıra meydanında bir qrup şəxsi heyət plana uyğun olaraq sıra hazırlığı keçirdi. Sıra hazırlığının elementlərini icra edən əsgərlərin ayaq səsləri hər kəsin diqqətini özündə cəmləyirdi. Şəxsi heyətin ayağını eyni anda yerə vurmasından yaranan səs dalğası, məşğələ rəhbəri tərəfindən verilən komandaların cəld yerinə yetirilməsi hər birimizə xoş ovqat aşılayırdı...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı