Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 12:05

"Azərbaycan Ordusu" qəzeti № 34 (2542)

Azərbaycan Ordusu gücümüzü bütün dünyaya nümayiş etdirdi

Müasir dövrdə komandanlığın döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən yüksək nəzəri və praktiki hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir. Odur ki, döyüşdə uğur qazanmaq üçün müasir silahlara malik olmaq hələ tam yetərli deyil. Əsası bu silahlardan istifadə qaydalarını peşəkarcasına öyrənmək, fiziki cəhətdən hazırlıqlı olmaq, qazanılan nəzəri-təcrübi biliklərdən düşmənin canlı qüvvəsini və hərbi texnikasını zərərsizləşdirmək üçün maksimum səmərəli istifadə etməkdir...davamı



Kiçik kəndin böyük ürəkli, Vətən sevdalı qəhrəmanları

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: "Naxçıvanlılar İkinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər, naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər"...davamı



Əsgər ata əsgər oğluyla döyüşdə görüşdü...

76 il əvvəlin bir payız günü sərin-sərin əsən yel könlü pərişanların yerişini yavaşıdırdı, gecəsiylə gündüzü dolaşıq düşənlərin səbrini daraldırdı, uşaqları yeniyetməliyə dartışdırırdı. Yeniyetmələri - cavanlığa, cavanları - davaya; müharibə başlamışdı. Adamlar bir-biriylə çəkinə-çəkinə hal-əhval tuturdu - müharibə başlamışdı. Dava Ağdamda da kənd-kənd dolaşırdı, evlərin qapılarını döyürdü. Döyülən qapıların iç tərəfində qəhər çırpınırdı, ağrı-acı gərnəşirdi, gözlərdən üzülən yaş ürəklərə süzülürdü...davamı




Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu: Hərbi etikanın əsasları. Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər, bölmədə sağlam əhval-ruhiyyənin yaranmasında kollektivin rolu.
Suallar:

1. Hərbi etikanın əsasları.

2. Hərbi kollektivlərdə qarşılıqlı münasibətlər və yüksək davranış qaydaları...davamı




“Yarışda qazandığım qələbəni Vətən müharibəsinin şəhidlərinə həsr edirəm”

Xalqımızın ümummilli lideri Heydər Əliyev idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndər fiziki cəhətdən sağlam gənc nəslin formalaşması məsələsini də daim nəzarətdə saxlayırdı. Bu siyasət bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bir çox idman növləri üzrə keçirilən beynəlxalq turnirlərdə idmançılarımız birincilik qazanaraq, üçrəngli bayrağımızı beynəlxalq idman arenalarında dalğalandırır, himnimizi səsləndirirlər...davamı




“Şəxsi heyətin idmana marağı böyükdür”

Son illər dövlət tərəfindən idmana göstərilən diqqət və qayğı, həmçinin bölgələrdə tikilib istifadəyə verilən olimpiya idman kompleksləri öz müsbət nəticələrini verməkdədir. Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir. Bu uğurlar isə son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının təzahürüdür. Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı