Könüldən könülə yollar görünür
Digər ziyarətçilərin kimi məni də həmişə səngərdən döyüş əzminizlə, qələbə ruhunuzla uğurlayırsınız, Azərbaycan əsgəri. Hərdən gözüm gözünüzdən uzaq olsa da, ruhum ruhunuzdan iraq olmayıb. Bu, sizə ehtiramın, sevginin qüdrətidi. Sən də bilirsən ki, könüldən könülə yollar var və bu yollar xatirələr yoludu, təəssüratlar yoludu, arzu, murad, niyyət yoludu, inam, etibar, sədaqət yoludu. O yol sən açan yoldu, sənin yolundu... Bu yol döyüşlərdən keçəcək, Böyük Qələbəylə tamamlanacaq...davamı
Vətən sevgisindən güc alırıq biz!
Hər bir dövlətin əsas sütunlarından biri onun təhlükəsizliyinin, ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısı olan ordusudur. Bu gün iftixar hissi keçiririk ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. Aprel döyüşləri və Günnüt zəfəri də sübut etdi ki, Azərbaycan Ordusunda kifayət qədər vətənpərvər, Vətəninə, müstəqil dövlətinə sədaqətli əsgərlərimiz, gizirlərimiz və zabitlərimiz var...davamı
“Konflikt jurnalistikası məktəbi”nin çöl təlimləri sona çatdı
Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin həyata keçirdiyi "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsi başa çatdı. Plana əsasən, "N" hərbi hissənin təlim poliqonuna yollanan təlimalanlara təcrübəli zabitlər tərəfindən artilleriyadan, snayperdən, atəş və taktiki hazırlıqdan dərslər keçirildi. Günün ikinci yarısında isə təlimalanlar "AK-74" Kalaşnikov avtomatının təyinatını, taktiki-texniki xüsusiyyətlərini, iş mexanizmini, ondan istifadə qaydalarını, həmçinin sökülüb-yığılmasını da öyrəndilər...davamı
Azərbaycan əsgəriyik...
Hərbi xidmətin əsasını təşkil edən faktorlardan biri sıra hazırlığıdır. Andiçmə mərasimləri və paradlardakı təntənəli keçid sıra hazırlığının bir parçası olub böyüklü-kiçikli hər kəsin maraq və həyəcanla izlədiyi hərbi ritualdır. Keçən il paytaxtımızda təşkil olunan möhtəşəm paradlar bu baxımdan dünya ölkələrinin diqqətini cəlb etməyə bilməzdi. Yüksək təşkilatçılıqla hazırlanan Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan təntənəli paradları şəhərimizin sakinləri və xarici ölkələrdən gələn qonaqlar böyük maraqla izlədilər...davamı
Yaxşı dost ömrü gözəlləşdirir
Dost sözü çox şaxəli və dərin mənalıdır. Arasında qan bağı olmayan bu bağlılıq bəzən möhkəm və əbədi olur. Özümüzdən asılı olmayan səbəblərdən hərdən ailə üzvlərindən uzaqda yaşamağa məcbur oluruq. Lakin xasiyyətimizə, dünyaya baxış tərzimizə uyğun olaraq düşdüyümüz mühitdə özümüzə yaxın birini tapırıq...davamı
"Azərbaycan Ordusu" qəzetinin tam variantı