Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 İyul 2019 09:41

"Azərbaycan Ordusu" qəzeti 27 iyul 2019-cu il №58 (2375)

“O torpaqlarımızı da işğaldan azad edəcəyik!”

Hər dəfə ön xətdə olanda, düşmən tapdağı altında inləyən torpaqları, uçub dağılmış evləri görəndə, Xocalı, Qaradağlı, Ağdaban faciələrini xatırlayanda, zorakılığa məruz qalmış ana və bacılarımızı, tarixi abidələrimizi, milli mənəvi dəyərlərimizi, milli genofondumuzu yadıma salanda qisas hissi məni rahat buraxmır. Fikirləşirəm ki, mən narahat olduğum kimi yurd-yuvalarımız da, şəhidlərimizin ruhu da narahatdır...davamı



“Beynəlxalq Ordu Oyunları” dövlətlərarası münasibətləri daha da möhkəmləndirir

Dövlətlərarası münasibətlər həm də müxtəlif beynəlxalq tədbirlərdə möhkəmlənir. Hərbi əməkdaşlıq baxımından dəyərli hesab edilən belə tədbirlərdən biri də ənənəvi olaraq keçirilən "Beynəlxalq Ordu Oyunları"dır. Bu tədbir iştirakçı dövlətlərin orduları haqqında məlumatları daha da zənginləşdirir...davamı



“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”


Ölkəmizdə ordu quruculuğu istiqamətində uğurla aparılan islahatların, xidmət, sosial-məişət şəraitinin və hərbi qulluqçuların maddi vəziyyətinin yaxşılaşdırılmasının, döyüş hazırlığının müasir tələblərə cavab verə bilən səviyyəyə çatdırılmasının nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır...davamı



“Konflikt jurnalistikası məktəbi”nin  təlimləri davam edir


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Müdafiə Nazirliyinin tərəfdaşlığı ilə "Milli təhlükəsizliyə xələl gətirən informasiyaların və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair təşəbbüslər" istiqaməti üzrə "Dinc Dünya" Araşdırma Mərkəzinin icra etdiyi "Konflikt jurnalistikası məktəbi"nin  ikinci mərhələsinə start verildi. Heyət əvvəlcədən təsdiq edilmiş on günlük təlim-tədris planına əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin qarşısından düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsinə yola düşdü...davamı



“Hərbi xidmət əvəzsiz məktəbdir”

"N" hərbi hissəsində ezamiyyətdəydim. Səngərdə əsgərlərlə səmimi söhbətləşmişdik. - Vətəndən, müharibədən, şəhidlikdən, torpaqlarımızın işğaldan azad ediləcəyindən, döyüş əzmindən, qələbə ruhundan danışmışdıq. Əsgərlərdən eşitdiklərimiz ürəyimizi dağa döndərmişdi. "Sənin  üçün hər birimiz Mübarizik, Ana Vətən!", - kəlmələrini Azərbaycan əsgərlərinin hamısının hərbi xidmət amalı bilmişdik. Zabit İsaq Orucov söz arası demişdi ki, bütün hərbi hissələrdə bütün əsgərlər belə xidmət edirlər. O da qürurlanmışdı, biz də...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı