Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2020 10:43

"Azərbaycan Ordusu" qəzeti № 27 (2445)

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır

Səngərlərə doğru yol gedə-gedə ucsuz-bucaqsız səmanı seyr edirəm. Səhər tezdən havanın gözü tutulub. Buludlar göydə lay-lay düzülüb. Hərdən yağış da yağır. Yaz qoxulu, bahar ətirli yağış. Bu yağışdan təkcə yazın qoxusu gəlmir, ondan həm də Böyük Qələbənin odlu-alovlu qoxusu gəlir...davamı



“Dövlətin orduya diqqət və qayğısı pandemiya təhlükəsinə görə də çox yüksəkdir”

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq əməkdaşımız Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayevin hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı fikirlərini öyrənib...davamı



“Harada olmağımızdan asılı  olmayaraq Vətənimizin əsgəriyik”

Hər bir valideyn övladını sülh və əmin-amanlıq şəraitində böyütmək istəyir. Buna nail olmaq üçün isə güclü ordun, bugünkü münaqişədə dönüş yarada biləcək nizam-intizamlı, təcrübəli, savadlı şəxsi heyətin olmalıdır. Bu gün böyüdüb boya-başa çatdırdığımız övladlarımız sabah həmin ordunun əsgəri, Vətənimizin müdafiəçiləri olurlar. Beləliklə, hərbi xidmət hər birimizin həyatının ayrılmaz hissəsinə çevrilir. Ordunun əhəmiyyəti ondan ibarətdir ki, müstəqil həyata qədəm qoyan gənclərimiz layiqli vətəndaş kimi formalaşırlar...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi


Mövzu:
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.
Suallar:

1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

2. Müasir Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsəridir...davamı



Dünya tarixində yer alan xəstəliklər

Keçən ilin sonlarında yayılmağa başlayan COVID-19 koronavirus pandemiyası bəşəriyyətin diqqətini özünə cəlb etməyi bacardı. Qısa bir zaman ərzində sərhədləri aşaraq dünya üçün təhdid rolunu oynadı. Lakin tarixə nəzər saldıqda bu virusun qarşılaşdığımız ilk belə hallardan olmadığını görə bilərik. Eramızdan əvvəl 431-ci ildə Peloponnes müharibəsində yeni yaranan virus sayəsində döyüşçülər ağır xəstəliklə qarşılaşırlar. Afina divarlarının sərhədlərini aşan bu virus dünyanın bir çox ölkələrinə yayıldı. Simptonları qızdırma, susuzluq, qırmızı dəri səpkiləri idi. Virus afinalıları o qədər zəiflədir ki, onlar spartalılara məğlub olurlar...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı