Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2020 10:43

Dünya tarixində yer alan xəstəliklər

Keçən ilin sonlarında yayılmağa başlayan COVID-19 koronavirus pandemiyası bəşəriyyətin diqqətini özünə cəlb etməyi bacardı. Qısa bir zaman ərzində sərhədləri aşaraq dünya üçün təhdid rolunu oynadı. Lakin tarixə nəzər saldıqda bu virusun qarşılaşdığımız ilk belə hallardan olmadığını görə bilərik. Eramızdan əvvəl 431-ci ildə Peloponnes müharibəsində yeni yaranan virus sayəsində döyüşçülər ağır xəstəliklə qarşılaşırlar. Afina divarlarının sərhədlərini aşan bu virus dünyanın bir çox ölkələrinə yayıldı. Simptonları qızdırma, susuzluq, qırmızı dəri səpkiləri idi. Virus afinalıları o qədər zəiflədir ki, onlar spartalılara məğlub olurlar.
Eramızın 541-ci ilində daha bir virus - jüstinyen virusu yayılmağa başladı. İlk olaraq Misirdə yayılan jüstinyen sonradan Bizans imperiyası və regionun bir çox dövlətlərini əhatə etdi. İnsanlar bunu Allahın qəzəbi olduğuna inanırdılar.
Sarıhumma virusu ağır ağciyər xəstəliyi və qızdırmayla nəticələnən viruslardan biridir. Qripə bənzər əlamətləri ilə diqqət çəkən virus ilk dəfə XVIII əsrin əvvəllərində İtaliya, Fransa, İspaniya və İngiltərədə görünməyə başladı. 
Bu İspaniyanın qarşılaşacağı sonuncu qrip deyildi. 1918-ci ilin payızında pik həddə çatan İspan qripi I Dünya müharibəsində çox sayda itkilərə səbəb oldu. Amma savaşan tərəflər problemi qabartmağa və ya onu həll etməyə tələsmirdilər. İspan krallığının informasiya agentliyi real statistikanı açıqlayaraq epidemiyanın nə qədər ağır və təhlükəli olduğunu dünya ictimaiyyətinə çatdırmağı bacardı. Epidemiyanın tarixdə adı "İspan qripi" olaraq qaldı. Müxtəlif hesablamalara görə, qısa müddətdə Avropanı, Amerikanı, hətta Yaponiya və Sakit okean adalarını bürüyən infeksiya yüz milyona yaxın insanın həyatına son qoydu. Bəlanın ilkin əlamətləri qripi xatırlatsa da, yoluxanlar axşama qan öskürür, iki-üç gündən sonra isə həyatlarını itirirdilər. Adi hallarda uşaq və zəif qocalar qurbana çevrilirdilərsə, "İspan qripinə" yoluxanların əksəriyyəti 18-40 yaş arası sosial qrup idi. Üstündən yüz iki il keçməsinə baxmayaraq hələ də bu virusun vaksinası tapılmayıb.
Sadalanan bu hallar dünya tarixinin rastlaşdığı bəlaların sadəcə kiçik qismidir. Bu gün sevindirici haldır ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda ölüm halları digər ölkələrlə müqayisədə dəfələrlə azdır. Sağalanların sayı isə durmadan artır. Digər vacib məqam da odur ki, Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərdə bu virusun göstəriciləri tapılmayıb. Tezliklə bu infeksiya sadalanan xəstəliklər kimi tarixə qovuşacaq. Bizə düşən sadəcə evdə oturmaq, xəstəliyin yayılması riskini minimuma endirməkdir.

Hüsniyyə İDRİSOVA, BSU-nun III kurs tələbəsi