Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2019 10:49

"Azərbaycan Ordusu" qəzeti 25 may 2019-cu il №40 (2357)

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”

Müstəqillik ideyası xalqın, millətin sabahlarını müəyyənləşdirən, sabahlar üçün ideoloji zəmanət olan məfkurədir. Xalqı xalq kimi bu məfkurə formalaşdırır. Min illik (min ildən də çox!) dövlətçilik tarixinə malik olan Azərbaycan Gülüstan və Türkmənçay müqavilələri ilə dövlət müstəqilliyini itirdi. Azərbaycanın ərazisi Rusiya ilə İran arasında bölündü, Araz çayı sərhədə çevrildi. Bu parçalanmanı Xalq şairi Bəxtiyar Vahabzadə "Gülüstan" poemasında olduqca heysiyyətlə, böyük vətəndaş-şair yanğısıyla ifadə etmişdir...davamı








Taqım, farağat!

"Taqım, farağat! Yoldaş əsgərlər bugünkü məşğələmizin mövzusu - rəisə yaxınlaşmadır. Hərbi qulluqçu çağırış ilə rəisə yaxınlaşarkən iki-üç addım qalmış dayanır, ayağını saxlamaqla eyni vaxtda sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırır və məruzə edir. Məsələn: "Cənab kapitan, əsgər İsmayılov əmrinizlə gəldi". Əsgər məruzə başa çatdıqdan sonra əlini aşağı salır. Hərbi qulluqçuya rəis tapşırıq verdikdən sonra isə, sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdıraraq "Oldu" cavabı verir, hərəkət istiqamətində dönür, birinci sol ayağını yerə qoymaqla əlini aşağı salır və hərəkəti səfər addımları və yaxud qaçaraq davam etdirir", - deyə  əsgərlərimizə sıra hazırlığının sirlərini öyrədən zabitin gözlərindən peşəsinin vurğunu olduğu sezilirdi...davamı








Qəhrəmanlıq qürur dastanıdır

Bərdə və Sabirabad rayonlarında Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun xatirəsinə həsr olunmuş "Qəhrəmanlıq zirvəsi" sənədli filminin və "Qürur dastanı" kitabının təqdimati keçirildi. Hər iki rayonun və Mədəniyyət Nazirliyinin birgə reallaşdırdığı tədbirlər qürurverici anlarla yadda qaldı...davamı








“İdmanla həvəslə məşğul oluruq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıqla məşğul olurdu.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vüsal Bayramov şəxsi heyətə keçirilən dərs və məşğələlərdən ətraflı söhbət açdı...davamı








“Yaxşı dost arzulayan yaxşı dost olmalıdır”

Gürcü şairi Karlo Kaladzenin misrasıdı...
İnsanın həyatda qazandığı ən böyük nailiyyətlərindən biri dostluqdur. Dostluq  mehribanlığın, səmimiyyətin sarsılmaz bağıdır. Təsadüfi deyil ki, dostluq qırılmaz zəncirlə müqayisə edilir. Hərbi xidmət dövründə yaranan dostluqlar isə daha möhkəm və uzunmüddətli olur. "N" hərbi hissəsində xidmət edən əsgər Qorxmaz Umudovla əsgər Kərim Heydərovun dostluğu sübut edir ki, bu gün əsgərlərimizin arasındakı hörmət, qardaşlıq bağları çox güclüdür...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı