Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2019 13:20

"Azərbaycan Ordusu" qəzeti 24 aprel 2019-cu il №31 (2348)

Böyük Qələbəyə bir döyüş qalıb!..

Ali Baş Komandan İlham ƏLİYEV: Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir...davamı








Hərbi pilotlarımız təlim-məşq uçuşlarına başlayıb

Müstəqillik qazanıldıqdan sonra Azərbaycan Respublikasının qarşıya qoyduğu prioritet vəzifələrdən biri də ordu quruculuğu istiqamətində islahatların aparılması oldu. Bu gün ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna və onun şəxsi heyətinə diqqət və qayğısını əsirgəmir. Onun nəticəsidir ki, bütün hərbi hissələrdə yaradılan sosial-məişət şəraiti, yeni silah və texnikaların, təyyarələrin, helikopterlərin alınması ordumuzun gücünü bir daha bütün dünyaya nümayiş etdirir. Digər dövlətlərlə hərbi-texniki sahədə aparılan sıx əməkdaşlıq münasibətləri sayəsində ölkəmiz yeni silah sistemləri və döyüş vasitələri ilə təchiz olunur...davamı








“Dövlət üçün informasiya təhlükəsizliyi də prioritetdir”

Rubrikamızın qonağı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğludur.
- Vüqar müəllim, 2014-cü ilin məlum avqust hadisələrinə və 2016-cı ilin Aprel döyüşlərinə KİV-in fərqli münasibəti haqqında sizin də fikirlərinizi öyrənmək maraqlı olardı...
- Əslində, bu barədə müxtəlif fikirlər bildirilib. 2014-cü ilin avqustunda ön xətdə baş verən hadisələrə professional mediada adekvat münasibətin şahidi olduq. Düşmənin hadisələrə qədər hazırladığı dezinformasiyaların Azərbaycan mediasına necə sızdırılmasını da gördük...davamı








Hərbi Tibb fakültəsində elmi konfrans keçirildi

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi.
Konfransda Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin tibb işçiləri, kursantlar, onların ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Konfransın keçirilməsində məqsəd peşəkar tibbi birliklərin təkmilləşdirilməsi, səhiyyənin inkişaf etdirilməsi, səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsi, həmçinin gələcəkdə Vətənə layiqincə xidmət edəcək tibb işçilərinin yetişdirilməsindən ibarət idi...davamı








“Vətən sənsən!” “Gənc əsgər”: vətənpərvərlik almanaxı

Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzində Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Vətən sənsən!" "Gənc əsgər": vətənpərvərlik almanaxının təqdimetmə mərasimi keçirildi.
Mayor Ramin Qasımov tədbiri açaraq bildirdi ki, xalqın hər bir nümayəndəsi dövlətə olan sədaqətilə vətənpərvər olmalıdır. "Qloballaşan dünyanın yad dəyərlərinin ölkəmizə, gənclərimizə qəbul etdirilməyə çalışdığı bir zamanda Azərbaycanın milli maraqlarının müdafiəsinə ehtiyacı var. Dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır...davamı





"Azərbaycan Ordusu" qəzetinin tam variantı