Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2019 12:39

Hərbi Tibb fakültəsində elmi konfrans keçirildi

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi.
Konfransda Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin tibb işçiləri, kursantlar, onların ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Konfransın keçirilməsində məqsəd peşəkar tibbi birliklərin təkmilləşdirilməsi, səhiyyənin inkişaf etdirilməsi, səhiyyə sahəsində elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsi, həmçinin gələcəkdə Vətənə layiqincə xidmət edəcək tibb işçilərinin yetişdirilməsindən ibarət idi.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tibb xidməti polkovniki, Əməkdar həkim, Hərbi Tibb fakültəsinin rəisi Çingiz Əlləzov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar barədə danışdı. O, hərbi tibb müəssisələrinin müasir avadanlıqlarla təchiz edilməsi, müayinə və müalicə işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması, tibbi təminatın müasir tələblərə uyğun təşkil edilməsi üçün dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin vacibliyini qeyd etdi.
Digər çıxış edənlər də ölkə başçısının rəhbərliyi altında hərbi səhiyyəmizin son illər beynəlxalq aləmdə nüfuzunun yüksəldiyini bildirdilər. Qeyd olundu ki, bu gün Azərbaycan hərbi tibb sahəsində dünyanın bir sıra ölkələri ilə məhsuldar əməkdaşlıq edir.
Konfransın panel iclaslarında Hərbi Tibb fakültəsinin kursantlarının elmi işləri ətrafında  müzakirələr aparıldı. Eyni zamanda, mövzuların aktuallığı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirildi və belə konfrasların mütəmadi olaraq keçirilməsinin əhəmiyyəti xüsusi vurğulandı.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR