Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Yanvar 2019 11:12

"Azərbaycan Ordusu" qəzeti 23 yanvar 2019-cu il №6 (2323)

“Şərəfli vəzifəni yerinə yetirirəm”

Növbəti ezamiyyətim yaddaşımda silinməz izlər buraxdı. Həm uca zirvələrdə məskən salan, Vətən torpaqlarını göz bəbəyi kimi qoruyan oğullarımızla tanış oldum, həm də onlar üçün yaradılan şəraitin bir daha canlı şahidi oldum. Komandirlər hər bir əsgərdən ağızdolusu danışır, onların xidmətlərini yüksək qiymətləndirirlər. Zabit Emin Vəliyev bildirdi ki, səngərdə dayanan hər bir əsgər istənilən tapşırığı yerinə yetirmək bacarığındadır...davamı









20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar “Qanbağışlama” aksiyası keçirildi

Dekabrın 19-da "Legion" Hərbi Vətənpərvərlik Klubunun təşəbbüsü ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Qanbağışlama" aksiyası keçirildi.
Aksiyada Müdafiə Nazirliyinin, "Legion" Hərbi Vətənpərvərlik Klubunun əməkdaşları və ictimaiyyət nümayəndələri könüllü olaraq iştirak etdilər. Qana ehtiyacı olan Vətənimizin keşiyini çəkən hərbi qulluqçularımızın köməyinə çatmaq üçün nəcib və humanist xarakterli aksiyaya qoşuldular...davamı








Nizam-intizam sıradan başlayır

Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzda döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını daim diqqət mərkəzində saxlayır. Çünki şəxsi heyətin döyüş vərdişlərinin artırılması ərazi bütövlüyümüzün təmin edilməsində mühüm rol oynayır. Döyüş hazırlığında yüksək nailiyyətlərin əldə edilməsində şəxsi heyətin nizam-intizamı dayanır. Bu səbəbdən yüksək nizam-intizam hər bir bölmənin qarşısına qoyulan ilkin tələblərdən biridir. Bildiyimiz kimi, şəxsi heyətin nizam-intizamı da sıradan başlayır...davamı








Təminat yüksək tələblər səviyyəsindədir

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü deyir. Hazırda Vətənimizin keşiyində dayanan gənclərimiz üçün hərbi bölmələrdə ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılıb.
Cəbhə xəttində yerləşən “N” hərbi hissəsinin  müasir şəraiti bizə xoş ovqat aşıladı. Burada xidmət edən əsgərlərin gülər üzləri, əhval-ruhiyyəsi də deməyə əsas verirdi ki, hər kəs yaradılan şəraitdən məmnundur və belə mühitdə xidmət etməkdən qürur duyur...davamı

"Azərbaycan Ordusu" qəzetinin tam variantı