Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Mart 2021 10:49

"Azərbaycan Ordusu" qəzeti № 23 (2531)

“Xalqımızın güvənini doğrultduq, Vətənimizin ərazi bütövlüyünü bərpa etdik”

Sentyabrın 27-də başlanan Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı zəfər hər birimizin qürur mənbəyidir. Azərbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında qəhrəmanlıq salnaməsi yazdılar. Belə hərbi qulluqçularımızdan biri də baş leytenant Kamran Hacıyevdir. Onunla işğaldan azad edilən ərazilərimizdən birində tanış olduq...davamı



Döyüş tapşırıqlarını yerinə yetirmək üçün...

Geniş meydandakı böyük canlanma diqqətimizdən yayınmadı. Bu canlanmanı yaradan minaatanlar idi. Heyət üzvləri zabitlərin nəzarəti altında təlim keçərək döyüş hazırlıqlarını artırır, daha da yüksək göstəricilər əldə etməyə çalışırdılar. Üzərlərinə düşən tapşırıqları bacarıqla yerinə yetirmələrindən hiss olunurdu ki, əsgərlər təcrübəli və səriştəlidirlər. Təlimlərdə həvəslə iştirak edən əsgərlər səmərəli keçən məşğələlərdə özüyeriyən minaatan qurğusunun taktiki-texniki xüsusiyyətlərini dərindən öyrəniblər. Onlar qazanılan təcrübədən yaxşı bilirlər ki, döyüşlərdə qələbəni təmin edən amillərdən ən başlıcası peşəkarlıqdır...davamı



Keçirilən təlimlər ordumuzun gücünə güc qatır

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı ordu quruculuğu prosesi ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Orduda modernizasiya və yenidənqurma işləri yüksək sürətlə aparılır. Ordumuzun bütün bölmələrində hərbçilər üçün yüksək sosial-məişət şəraiti yaradılır, arsenalımız ən son silah və texnikalarla təchiz edilir. Bütün hərbi hissələr müasir standartlara cavab verir. Hərbi qulluqçuların ərzaq, qida, geyim təminatı da lazımi səviyyədədir. Bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı da yüksəkdir...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Azərbaycan xalq eposlarında milli qəhrəmanlıq nümunələri (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında).

Suallar:

1. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir.

2. Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır...davamı



Vətən müharibəsinin qəhrəmanı - Azərbaycan əsgəri

İyirmi səkkiz ildən çox idi ölkəmizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ da daxil olmaqla, yeddi rayonumuz erməni qəsbkarlarının işğalı altında  qalmışdı. Torpaqlarımızın sülh yolu ilə azad olunması üçün bu illər ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar aparılırdı. Münaqişənin dinc yolla həll olunması üçün müxtəlif ümidverici təkliflər irəli sürülürdü. Amma illər bir-birinin ardınca ötüb arxada qalsa da, bu təkliflərdən heç biri həyata keçmirdi. Ermənistanın həm keçmiş, həm də indiki rəhbərləri beynəlxalq təşkilatları yalançı vədlərlə aldadaraq, danışıqlar prosesini uzatmağa çalışırdılar...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı